Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 6 mərkəzdə sertifikasiya imtahanı keçiriləcək

0 77

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2024-cü ildə sertifikasiyaya 1 040 nəfər təhsilverən cəlb olunacaq.

İdarədən «Report»un Muğan bürosuna verdiyi məlumata görə, bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Sertifikatlaşdırma imtahanları Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 mərkəzdə — Şirvan şəhər 1, 13, 20, 21 nömrəli, Salyan şəhər 2 nömrəli, Biləsuvar şəhər 1 nömrəli məktəblərdə təşkil olunmuş mərkəzlərdə keçiriləcək.

Leave A Reply

Your email address will not be published.