Naxçıvan şəhərində 29 yaşlı qadın bıçaqlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi işləyən Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyeva Nərmin Musa qızı bıçaqlanıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub. Hadisəni törədən Karaca Burhan Mustafa Oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.