Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirib.
«Report» xəbər verir ki, yığma Lüksemburqla qarşılaşıb.
Estoniyada baş tutan görüş rəqibin qələbəsi ilə bitib – 3:2 (25:20, 22:25, 21:25, 25:17, 25:11).
Qeyd edək ki, kişi voleybolçularımız buna qədər beş oyun keçirib. Komanda Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniyaya 0:3 hesabı ilə məğlub olub. Keçirdiyi görüşlərdən xalsız ayrılan milli hazırda 12 komanda arasında sonuncudur. Yarışın reqlamentinə əsasən, ən yaxşı dörd komanda “dördlər finalı”na yüksələcək.