Bakıda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Samir İsrafilovla hadisəni törədən Ruhiyyə Tahirova sevgili olub.
Onlar uzun müddət qeyri-rəsmi nikah münasibətlərində yaşayıblar.
İlkin məlumata görə, qadın sevgilisini yatdığı yerdə öldürüb.
***
saat 09:57
Mayın 30-da səhər saat 9 radələrind Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.