İyulda Biləsuvarda 4 tarixi ərazinin topoplanları hazırlanacaq

0 53

İyul ayında Biləsuvarda 4 tarixi ərazinin topoplanları hazırlanacaq.

«Report»un Muğan bürosunun məlumatına görə, bununla bağlı Tatarıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Ayrat Qabitoviç Sitdikov Biləsuvarda səfərdə olarkən deyib.

Onun sözlərinə görə, iyul ayında Tatarıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında yay məktəbi təşkil olunacaq.

Bununla əlaqədar olaraq, bir qrup arxeoloqun Biləsuvar rayonu ərazisində aparılacaq praktik və nəzəri tədrislə bağlı Çöl Ağdam şəhərciyi, Şəhriyar qalası, Şəhriyar yaşayış yeri və Ağdam qalası üzrə topoplanları hazırlanacaq, geodeziya və kəşfiyyat xarakterli arxeoloji testlər aparılacaq.





Source link

Leave A Reply

Your email address will not be published.