Bakıda keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb

0 5


Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

«Report» Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, ilk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri “İticket” vasitəsilə satışa çıxarılıb.

Qiyməti 2 AZN təşkil edən biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Qeyd edək ki, biletləri iticket.az saytından onlayn qaydada və “İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.





Source link

Leave A Reply

Your email address will not be published.