Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb — YENİLƏNİB

0 4

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kriakos Miçotakis arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, görüş Prezident iqamətgahında keçirilir.

16:45

Yunanıstanın Baş naziri Kriakos Miçotakis Türkiyədə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Qeyd olunub ki, onun təyyarəsi Ankarada Esenboğa hava limanına enib.

Baş naziri Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisinin köməkçisi Murat Soylu və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan K.Miçotakisi Prezident iqamətgahında qəbul edəcək. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Liderlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.





Source link

Leave A Reply

Your email address will not be published.