Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək

0 4

Gürcüstanın xarici siyasətində yeganə yol və əsas prioritet Avropa İttifaqına (Aİ) daxil olmaqdır.

“Report” “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

“Təbii ki, bizim yolumuz yalnız Avropa İttifaqı istiqamətindədir və bizim əsas xarici prioritetimiz Aİ-yə üzvlükdür… Böyük Avropa xadimləri qarşısında məsuliyyətimiz Avropa İttifaqının dirçəlişinə hər cür töhfə verməkdir”, — o vurğulayıb.





Source link

Leave A Reply

Your email address will not be published.