Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək

0 42

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 18-də saat 09:30-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

“Report”un Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula mayın 17-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Leave A Reply

Your email address will not be published.