“Effektinvest” BOKT-un istiqrazları listinqə daxil edilib

0 6


«Bakı Fond Birjası» QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Effektinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manat dəyərində istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

«Report» bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.





Source link

Leave A Reply

Your email address will not be published.