Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər

0 6

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.

Bu barədə “Report”a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyulub. Bakı şəhərində keçirilən anım mərasimlərində, həmçinin Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədovun abidələri və «Qardaşlıq Məzarlığı» da ziyarət olunub. Bundan başqa hərbi hissələrdə 9 May — Qələbə Günü münasibətilə tədbirlər keçirilib.





Source link

Leave A Reply

Your email address will not be published.