Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

0 6


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş növbəti başçəkmə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilib.

MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Ələsgər Məmmədli, Ruslan İzzətli, Əvəz Zeynallı, Ülvi Həsənli, Sevinc Abbasova, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı, İmran Vəliyev və Teymur Kərimovla konfidensial qaydada görüşlər keçirilib, onların saxlanılma şəraiti və sağlamlıq vəziyyəti araşdırılıb, müraciətləri dinlənilib.

Leave A Reply

Your email address will not be published.