İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” qruplaşmasının 20-dən artıq hərbi obyektinə zərbə endirib.
“Report” “Newsru.co.il”əistinadən xəbər verir ki, qruplaşmanın infrastrukturu və döyüş sursat anbarı məhv edilib.
Məlumata görə, İsrail ordusunun mayın 8-də əməliyyatı aviasiya və artilleriya ilə reallaşdırıb. Bildirilib ki, dəqiq zərbələrdən sonra partlayışlar qeydə alınıb.