Çinli turist: Bakıda keçirilən Xalça Festivalı çox möhtəşəmdir

0 26

Bu gün Bakıda keçirilən Xalça Festivalı çox möhtəşəmdir.

Bunu «Report»a açıqlamasında çinli turist Zhou Boya deyib.

O ilk dəfədir ki, Azərbaycana səfər etdiyini söyləyib: «İlk təəssüratım budur ki, Bakı çox təhlükəsiz şəhərdir və Xəzər dənizinin sahilində yerləşən heyrətamiz gözəlliyə sahibdir».

Turist bildirib ki, Azərbaycanla Çin arasında birbaşa aviareys var:

«Ona görə də Bakıya gəlmək mənə rahat idi».

Xatırladaq ki, mayın 5-də Bakıda Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir. Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə baş tutur.





Source link

Leave A Reply

Your email address will not be published.