Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir.
«Report»un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib.
“Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi, investisiya mühiti, ekoloji davamlılıq, davamlı enerji və qlobal təchizat zəncirlərinə inteqrasiya baxımından regional iqtisadi mərkəzə çevrilməsində dəstəkləyir”, — bankın prezidenti deyib.