«Araz-Naxçıvan»ın sabiq baş məşqçisi İtaliya klubunda praktika keçməyi planlaşdırıb

0 7

İtaliya klublarından birində praktika keçməyi düşünürəm.

Bunu “Report”a açıqlamasında «Araz-Naxçıvan»ın sabiq baş məşqçisi Azər Bağırov qarşıdakı planları ilə bağlı danışarkən bildirib.

Mütəxəssis biliklərini artırmağı düşündüyünü söyləyib: “İndi bu barədə böyük planlar qurmaq istəmirəm. Əslində İtaliya klublarından birinə getməyi düşünürəm. Bir qədər zamana ehtiyac var. Planı iş başında olanda daha rahat qura bilərsən. Xaricdə böyük klublarla əlaqə qurmaq üçün Azərbaycanda hansısa komandada çalışmalısan. 2010-cu ildən “Neftçi”nin məşqçisi kimi Premyer Liqada çalışmağa başlamışam. Almaniya klublarının və yığmalarının düşərgəsində olmuşam. 2015-ci ilə qədər Almaniyada müxtəlif kurslarda iştirak etmişəm, yığmaların məşqçiləri ilə fikir mübadiləsi aparmışam. O vaxt futbolçuları sevmək, onların psixologiyasını öyrənməklə bağlı fikirlərimi gülüşlə qarşılayırdılar. Ancaq reallıq odur ki, Avropa ilə ayaqlaşmaq üçün onların nə etdiklərini öyrənməlisən. İndi hamı bu şəkildə çalışır”.

Hazırda işsiz olan A.Bağırov Azərbaycan klublarından dəvət almadığını deyib: “Çempionatı izləyirəm. AFFA-dakı dəyişikliklərdən sonra nələr olacağını gözləyirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Fikrimcə, AFFA rəhbərliyi qısa müddətdə məni izləyib, tanıyır. Onlar hər şeyi daha yaxşı bilirlər. “Neftçi”də çalışarkən dəvətlə Kiyev “Dinamo”sunun düşərgəsinə getmişdim. Avroliqada oynayan komandanın, demək olar ki, bütün məşqlərini yaxından izlədim. Bu, böyük təcrübədir. Harasa getmək üçün ölkədəki klublardan biri ilə əməkdaşlıq etməliyəm”.





Source link

Leave A Reply

Your email address will not be published.