Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub

0 6


Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında yeddinci medalı qazanıb.

«Report»un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Nurlan Paşayev — Fariz Babayev (2006-2007-ci il təvəllüdlü) cütlüyü 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.





Source link

Leave A Reply

Your email address will not be published.