Efendus Henderson: Bakıda keçirilən forum mədəniyyətlərarası dialoq üçün unikal platformadır

0 16

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq üçün unikal platformadır.

“Report” xəbər verir ki, bunu Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda keçirilən plenar sessiyada deyib.

“Mədəniyyətlərarası dialoq vasitəsilə çox şey əldə etmək olar. Bu gün bəşəriyyət hərbi arsenal və iqtisadi güc ilə deyil, “yumşaq güc” ilə daha çox fəxr etməlidir. Açıqlıq, tolerantlıq, empatiya və müxtəlifliyə hörmət dəyərlərinə əsaslanan “yumşaq güc” sərhədləri aşmaq, fərqlilikləri aradan qaldırmaq, ölkələr və insanlar arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri yaratmaq qabiliyyətinə malikdir”, — o vurğulayıb.

Onun sözlərinə görə, dost və düşmən arasındakı sərhədlərin çox vaxt aydın olmadığı dünyada “yumşaq güc” beynəlxalq münasibətlərə daha incə və davamlı yanaşma təklif edir.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.





Source link

Leave A Reply

Your email address will not be published.