İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

0 8

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

«Report» milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan «Lokomotiv» (Bakı) — «Balaxanı» matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib.

«Dinamo» (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qzılar Liqasının oyunu çərçivəsində «Neftçi» ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.





Source link

Leave A Reply

Your email address will not be published.