Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru İrəvanda səfərdədir

0 9

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman Ermənistana səfərə gedib.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Bu, aprelin 5-də Brüsseldə baş tutan Avropa İttifaqı-ABŞ-Ermənistan görüşündən sonra mühüm səfərdir. Ermənistanın rəsmiləri ilə görüşlər zamanı ölkə ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlığın prioritetlərini müzakirə etməyi gözləyirəm”, — o qeyd edib.

Avropa Komissiyasının rəsmisi artıq vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib, tərəflər Ermənistanda demokratik və sosial-iqtisadi islahatların həyata keçirilməsi prosesini müzakirə ediblər.

Qert Yan Kopman daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək. Onun Cənubi Qafqaz ölkələrinə turnesi mayın 4-dək davam edəcək.





Source link

Leave A Reply

Your email address will not be published.