Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı

0 8

Müğənni Britni Spirs avtomobilinin ön şüşəsini dabanı ilə sındırıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb məhkəmə qərarı ilə bağlı olub. Belə ki, məhkəmə 2 milyon dollar vəkillik haqqını müğənninin atası tərəfindən ödənilməsi barədə qərar verib.

Qərar Britni Spirsi qəzəbləndirib. O, dabanı ilə vuraraq maşının ön şüşəsini sındırıb, sonra isə keçmiş məhkum Pol Riçardla jurnalistlərdən qaçıb.

2008-ci ildə Ceyms Spirs müğənninin əmlakını və maliyyəsini idarə etmək hüququnu alıb. Bir müddət sonra o, qəyyumluq hüququndan məhrum edilib.



Source link

Leave A Reply

Your email address will not be published.