Beynəlxalq jurnalistlər Adıyamanda avarçəkmə yarışlarını izləyiblər

0 8


Beynəlxalq jurnalistlər Adıyamanda avarçəkmə yarışlarını izləyiblər.

“Report”un Adıyamana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, yarışlar Adıyaman gənclik-idman klubunun təşkilatçılığı ilə həyata keçirilib.

Yarışlarda 11 avarçəkən iştirak edib. Qaliblər bir ay sonra Antalyanın Manavqat rayonunda keçiriləcək Türkiyə çempionatına vəsiqə qazanacaq.

Adıyaman gənclik-idman klubunun avarçəkmə üzrə məşqçisi Uğur Sevər bildirib ki, zəlzələdən sonra klub fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb: “Lakin hazırda həm klub, həm də avarçəkmə komandası yenidən qurulur”.

Məşqçi zəlzələ ilə əlaqədar bir müddət məşqlərə ara versələr də, avarçəkməyə marağın günbəgün artdığını və yay aylarına doğru idmançıların sayının kifayət qədər artacağına inandığını deyib.

Qeyd edək ki, Atatürk su anbarında keçirilən avarçəkmə yarışlarını beynəlxalq media nümayəndələri və fotoqraflar qayıqlarla müşaiyət ediblər.





Source link

Leave A Reply

Your email address will not be published.