«Yelo Bank» Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə müqavilə imzalayıb

0 9

Ölkənin aparıcı banklarından olan «Yelo Bank» ASC ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

«Yelo Bank»ın Baş ofis binasında həyata keçirilən imza mərasimində Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və digər rəhbər şəxsləri ilə Teatrın direktoru, xalq artisti Yusif Eyvazov iştirak ediblər.

Müqavilədə mədəniyyətə, incəsənətə dəstək və Azərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıra əməkdaşlıq təşəbbüsləri öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində Yelo Bank teatra əhəmiyyətli maliyyə dəstəyi verəcək, il ərzində çoxsaylı tamaşaların və mədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. İmzalama mərasimi ilə yanaşı Teatrın nümayəndəliyi «Yelo Bank»ın Baş ofisinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra müqavilə çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

Y.Eyvazov başlanılan bu tərəfdaşlığın məhsuldar və uzunmüddətli olacağına inandığını bildirib: “Yelo Bank»la əməkdaşlığa başlamağa çox şadıq. Bu əməkdaşlıq çərçivəsində orkestr üçün yeni musiqi alətləri və İtaliyadan «Tosca», «Traviata» operaları üçün dekorasiyaların alınmasına dəstək göstəriləcək. Teatrımıza və ölkə mədəniyyətinə göstərdikləri diqqətə görə Marina xanıma və Banka öz təşəkkürümüzü bildirmək istəyirik”.

“Bu gün imzalanan müqavilə «Yelo Bank»ın mədəniyyətə dəstək missiyasının bir parçasıdır. Bu tərəfdaşlıq vasitəsilə dünya opera mədəniyyətinin dəyərli incilərini xalqımıza daha yaxından hiss etdirmək istəyirik. Biz Teatrın yanında olmağa və onun parlaq gələcəyinə töhfə verməyə şadıq. Bu əməkdaşlığın hər iki tərəf üçün böyük uğurlar gətirəcəyinə əminəm”, — deyə M.Kulişova bildirib.

Fəal sosial məsuliyyətli bank kimi «Yelo Bank» incəsənətin müxtəlif qollarını hər zaman dəstəkləməsi ilə seçilib. Bankın Baş ofis binası artıq özü də bir mədəni tədbir ocağına çevrilib. İndiyə qədər burada İsfar Sarabski, Şahin Növrəsli, Elnur Hüseynov, Fidan Hacıyeva kimi sənətkarların konsertləri, Dövlət Akademik Filarmoniyasının kamera orkestri, eləcə də qadınlardan ibarət orkestrin çıxışları fonunda bir sıra mühüm tədbirlər keçirilib.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

«Yelo Bank» – Parlaq bankçılıq

Leave A Reply

Your email address will not be published.