Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular

0 8


Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, I Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri — İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan vəzirovlara qədər, 20 Yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq.





Source link

Leave A Reply

Your email address will not be published.