UEFA Konfrans Liqası: bu gün yarımfinalçılar müəyyənləşəcək

0 11

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

“Report”un məlumatına görə, baş tutacaq 4 görüşün ardından yarımfinalçılar müəyyənləşəcək.

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbağça” öz meydanında Yunanıstan klubu “Olimpiakos”la qarşılaşacaq. Səfərdə minimal fərqlə məğlub olan İstanbul nəhəngi doğma arenasında mərhələ adlamağa çalışacaq.

Həmçinin digər cütlərin də ilk görüşlərində meydan sahibləri minimalhesablı qələbə qazanıblar. Bu səbəbdən “Fiorentina”, “Lill” və PAOK öz meydanında qələbə qazanmaq məcburiyyətindədirlər.

UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel
20:45. “Fiorentina” (İtaliya) – “Viktoriya” (Çexiya)

İlk oyun — 0:0.

20:45. “Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)
İlk oyun — 1:2.

23:00. “Fənərbağça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)
İlk oyun — 2:3.

23:00. PAOK (Yunanıstan) – “Brügge” (Belçika)
İlk oyun — 0:1.





Source link

Leave A Reply

Your email address will not be published.