İddiaçılar Turniri: Nicat Abasov hindistanlı şahmatçı ilə üz-üzə gələcək

0 10


Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

«Report»un məlumatına görə, 28 yaşlı qrossmeyster XII turda hindistanlı Dommaracu Qukeşlə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu — 8-ci pillədə qərarlaşıb. Qukeş isə 6,5 xalla ikincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Leave A Reply

Your email address will not be published.