Əməkdar məşqçi: İddiaçılar turnirində Nicat Abasovdan daha yaxşı nəticə gözləyirdim

0 11

Ondan daha yaxşı nəticə gözləyirdim.

Bunu «Report»a açıqlamasında əməkdar məşqçi Anar Allahverdiyev Azərbaycan şahmatçısı Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində çıxışı barədə danışarkən deyib.

Mütəxəssis belə tutnirlərdə güclü qrossmeysterlərin mübarizə apardığını söyləyib: «Ola bilər Nicatın sağlamlıqla bağlı problemləri, ayağından aldığı zədə daha yaxşı nəticə əldə etməyə imkan vermir».

A.Allahverdiyev müasir şahmatda qələbə qazanmağın çətinləşdiyini vurğulayıb: «Belə yarışlarda isə lap çətindir. Abasov ilk dəfə bu turnirdə çıxış edir. Qarşıda daha 4 oyun var. O, artıq bu səviyyədə oynamağa öyrəşib. İnanıram ki, mütləq qələbə də qazanacaq».

Qeyd edək ki, Nicat Abasov X turdan sonra 3 xalla sonuncu — 8-ci pillədə qərarlaşıb. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Leave A Reply

Your email address will not be published.