Azərbaycan millisinin baş məşqçisi: İnsanlar olimpiadaya vəsiqə qazana biləcəyimizi düşünmürdülər

0 11

İnsanların çoxu bizim bunu edə biləcəyimizi düşünmürdülər.

Bunu «Report»a açıqlamasında Azərbaycanın basketbol üzrə 3×3 qadın millisinin baş məşqçisi Ratomir Deliç komandanın Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanması barədə danışarkən deyib.

Mütəxəssis Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirindəki inamlı çıxışa görə oyunçulara təşəkkür edib: «Qızlar məni çox qürurlandırdılar. Matçlarda sonadək mübarizə apardılar. Həqiqətən də olimpiadaya lisenziya əldə etməyə layiqik. Hamıya bu qalibiyyəti çox istədiyimizi göstərdik».

Baş məşqçi komandaya əvvəldən inandığını sözlərinə əlavə edib: «Qızlarımız böyük nailiyyətlər əldə edə biləcəyimizi göstərdilər. Şadam ki, Azərbaycan üçün ilk dəfə bunu bacardıq və artıq ölkənin idman tarixinin bir hissəsiyik».

Qeyd edək ki, millimiz turnirin finalında Polşaya 18:17 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.





Source link

Leave A Reply

Your email address will not be published.