Şahmat üzrə Azərbaycan çempionatında III turun görüşləri keçirilib

0 11

Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında III turun görüşləri keçirilib.

Federasiyadan «Report»a verilən məlumata görə, hesabat turunda favorit Aydın Süleymanlı Rüstəm Rüstəmov üzərində qələbə qazanıb.

Məhəmməd Muradlı Vüqar Manafovu, Misrətdin İsgəndərov isə Şiroğlan Talıbovu məğlub edib. Süleyman Süleymanlı, Vüqar Manafov və Murad İbrahimli də turu qələbəylə başa vurub. Digər partiyalar heç-heçə yekunlaşıb.

3 turdan sonra məğlubiyyətsiz irəliləyən Məhəmməd Muradlı və Aydın Süleymanlı ilk pillələrdə qərarlaşıb. Liderlər hərəyə 2,5 xal toplayıb. Sonrakı yerlərdə Read Səmədov, Abdulla Qədimbəyli, Xəzər Babazadə, Süleyman Süleymanlı, Vüqar Manafov, Misrətdin İsgəndərov və Namiq Quliyev tutur. Hər birinin 2 xalı var.

Leave A Reply

Your email address will not be published.