Ötən gün ölkədə 26 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

0 10


Aprelin 11-də ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

«Report» xəəbr verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 23 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq metamfetamin və 991 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Leave A Reply

Your email address will not be published.