Dünya Bankı Gürcüstanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırıb

0 11


Dünya Bankı 2024-cü ildə Gürcüstanın iqtisadi artımı ilə bağlı proqnozunu 4,8 %-dən 5,2 %-ə yüksəldib.

«Report»un Gürcüstan bürosu xəbər verir ki, Bank həmçinin 2025-ci il üçün iqtisadi artım proqnozunu 4,5 %-dən 5 %-ə çatdırıb.

«Pul köçürmələrində azalmaya baxmayaraq, Gürcüstana investisiya qoyuluşunun və turizm sektorunun iqtisadi artımı dəstəkləyəcəyi gözlənilir. Pul siyasətinin tədricən yumşaldılması ilə inflyasiyanın 2024-cü ilin sonuna kimi 3 %-lik hədəfə çatacağı proqnozlaşdırılır», — deyə Dünya Bankının məlumatında qeyd olunub.





Source link

Leave A Reply

Your email address will not be published.