Biləsuvarda silahla gəzən tutuldu

0 10

Biləsuvarda qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Daşqın Əzizov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, ona məxsus idman çantasından 1 ədəd «AKS-74» markalı avtomat silahı aşkarlanaraq götürülüb. 

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib.



Source link

Leave A Reply

Your email address will not be published.