“Ailə qurmaq fikrim yoxdur” — Günel Zeynalova

0 12

Azəri qızı kimi tanınan məşhur müğənni Günel Zeynalova şou-proqramlardan birində şəxsi həyatı barədə danışıb.

Lent.az-ın xəbərinə görə, o evlənmək niyyətində olmadığını deyib.

“Kişilərin içinə elə bil şeytan dolur, birdən-birə hər şeyi məhv edirlər. Mənim həyatımda da oldu. Səhv etdi, səhvini anlaması uzun sürmədi, 1 həftə sonra peşman olduğunu bildirdi, amma gec idi. Mən onu bağışlayarammı?

Bu sualın cavabını bilmirəm. Böyük danışmaq istəməzdim, bundan qorxuram. Zaman hər şeyin dərmanıdır. İndi ailə qurmaq barədə heç düşünmürəm. Sənətimlə məşğul oluram. İstəyirəm estetik əməliyyatlarımdan yox, sadəcə sənətimdən danışsınlar”, — o bildirib.



Source link

Leave A Reply

Your email address will not be published.