Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda qüvvəsini sınayıb

0 12


Azərbaycanın daha bir ağırlıqqaldıranı Əli Şükürlü Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.

«Report»un məlumatına görə, 102 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.

O, toplam 377 kq (167+210) nəticə göstərib. Şükürlünün yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq), Ömər Cavadov (73 kq) və İsa Rüstəmov (73 kq) «körpücük» üzərinə çıxıblar.





Source link

Leave A Reply

Your email address will not be published.