İddiaçılar Turniri: Nicat Abasov bu gün Fransa şahmatçısı ilə üz-üzə gələcək

0 12

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək.

O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. İlk üç turda hər iki qrossmeyster 1 xal toplayıb.

Bu gün həmçinin Hikaru Nakamura (ABŞ) — Rameşbabu Praqnanandha (Hindistan), Yan Nepomnyaşi (FIDE) — Santoş Vidit (Hindistan) və Fabiano Karuana (ABŞ) — Dommaracu Qukeş (Hindistan) görüşləri baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.





Source link

Leave A Reply

Your email address will not be published.