İddiaçılar Turniri: Nicat Abasov bu gün ABŞ şahmatçısı ilə görüşəcək

0 11

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster III turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. İlk iki turda hər iki qrossmeyster bir heç-heçə, bir məğlubiyyətlə yadda qalıb.

Bu gün həmçinin Əlireza Firuzca (Fransa) – Fabio Karuana (ABŞ), Dommaracu Qukeş (Hindistan) — Yan Nepomnyaşi (FIDE) və Santoş Vidit (Hindistan) — Rameşbabu Praqnanandha (Hindistan) görüşləri baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.





Source link

Leave A Reply

Your email address will not be published.