«Mançester Yunayted» son 34 ilin antirekordunu təkrarlayıb

0 10


İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində səfərdə «Çelsi»yə 3:4 hesabı ilə məğlub olan «Mançester Yunayted» cari mövsüm 17-ci məğlubiyyətini almaqla son 34 ilin antirekordunu təkrarlayıb.

«Report» xəbər verir ki, «qırmızı şeytanlar» sonuncu dəfə 1989/1990 mövsümündə eyni sayda matçda rəqiblərinə uduzublar.

Bu məğlubiyyətlərdən 12-si Premyer Liqa oyunlarının payına düşür. Erik ten Haqın yetirmələri 4 dəfə Çempionlar Liqasında rəqiblərinə boyun əyibsə, digər məğlubiyyəti İngiltərə Kubokunun 4-cü turunda passivlərinə yazdırıblar.

Qeyd edək ki, Mançester şəhərinin təmsilçisi Premyer Liqada 48 xalla 6-cı pillədə yer alıb.





Source link

Leave A Reply

Your email address will not be published.