Azərbaycan Premyer Liqası: XXIX tur bir oyunla start götürür

0 10

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

«Report» xəbər verir ki, günün yeganə matçında «Araz-Naxçıvan» «Kəpəz»lə üz-üzə gələcək.

«Liv Bona Dea Arena»da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Naxçıvan klubu 32 xalla 8-ci, Gəncə təmsilçisi 27 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XXIX turun digər görüşləri 6-7 apreldə olacaq.





Source link

Leave A Reply

Your email address will not be published.