Nicat Abasov İddiaçılar Turnirində mübarizəyə başlayır

0 6

Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində mübarizəyə başlayacaq.

«Report»un məlumatına görə, 28 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.

I turda Fabiano Karuana — Hikaru Nakamura (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa) — Rameşbabu Praqnanandha (Hindistan) və Dommaracu Qukeş — Santoş Vidit (hər ikisi Hindistan) görüşləri də keçiriləcək.

Qeyd edək ki, yarış aprelin 21-də başa çatacaq.

Leave A Reply

Your email address will not be published.