Türkiyə Superliqası: “Qalatasaray” öz meydanında “Hatayspor”u məğlub edib

0 7

Futbol üzrə Türkiyə Superliqasının XXXI turuna start verilib.

“Report”un məlumatına görə, «Qalatasaray» öz meydanında “Hatayspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Mauro İkardi vurub.

“Qalatasaray” bu qələbədən sonra xalını 84-ə çatdıraraq, turnir cədvəlinə başçılıq edir. Komanda rəqibi “Fənərbağça”dan 5 xal öndədir.

Qeyd edək ki, «Antalyaspor» — «Ankaragücü» matçı qollu heç-heçə ilə başa çatıb. Günün digər matçlarında “Rizəspor” səfərdə “İstanbulspor”u 4:0, “Alanyaspor” “Qaziantep”i 3:0 hesabı ilə məğlub edib.





Source link

Leave A Reply

Your email address will not be published.