Britaniya XİN: KXDR-in ballistik raket buraxılışı BMT TŞ-nin qətnamələrinin pozulmasıdır

0 7

Şimali Koreyanın ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

«Report»un məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

«Şimali Koreyanın aprelin 2-də ballistik raket buraxması BMT Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin pozulmasıdır. Qeyri-qanuni ballistik raket buraxılışları Koreya yarımadasında sülh və təhlükəsizliyi pozmaqda davam edir. Böyük Britaniya qətiyyətlə Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə, dialoqa qayıtmağa, nüvəsizləşdirmə istiqamətində etibarlı addımlara çağırır», — bəyanatda deyilir.

KXDR aprelin 2-də «hipersəsli uçuşun döyüş başlığı» ilə yeni orta və daha uzun mənzilli «Hvasonpho-16b» raketini uğurla sınaqdan keçirib. Məlumata görə, sınaqlara ölkə lideri Kim Çen In rəhbərlik edib.





Source link

Leave A Reply

Your email address will not be published.