Pakistanda rəsmi tədbirlərdə qırmızı xalçadan istifadə qadağan edilib

0 6

Pakistanın baş naziri Şahbaz Şərif rəsmi tədbirlərdə qırmızı xalçadan istifadəni qadağan edib.

«Report» xəbər verir ki, yerli media qərarın Pakistanın üzləşdiyi ciddi iqtisadi problemlər fonunda qəbul edildiyini yazıb.

Hökumət diplomatik tədbirlərdə qırmızı xalçadan istifadənin yalnız protokol məqsədləri ilə məhdudlaşdırılacağını açıqlayan bildiriş yayıb.

Bundan əvvəl Şərif və onun kabineti maaş və müavinətlərdən könüllü olaraq imtina etmək qərarına gəlib. Ölkə prezidenti Asif Əli Zərdari də maaş almamaq qərarına gəlib.

Qeyd edək ki, Şərif vəzifəyə gəldikdən bir neçə həftə ərzində hökumət xərclərini azaltmağa yönəlmiş qənaət tədbirlərini açıqlayıb.

Leave A Reply

Your email address will not be published.