ABŞ-da Kiyevə yardım üçün qanun layihəsi hazırlanır

0 5

ABŞ Konqresinin Nümayəndələr Palatası apreldə Kiyevə yardım haqqında qanun layihəsinə baxacaq.

«Report» xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə daimi xüsusi komitəsinin sədri Mayk Törner CBS telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Conson apreldə bu məsələni müzakirəyə çıxarmağı planlaşdırır:

«Bu, federal hökuməti maliyyələşdirmək üçün qanun layihələrini qəbul etdikdən sonra gündəliyin növbəti əsas bəndi olacaq».

Siyasətçi ümid edib ki, qanun layihəsi Konqresdə dəstək tapacaq, bundan sonra imzalanmaq üçün ABŞ prezidenti Cozef Baydenə təqdim olunacaq.





Source link

Leave A Reply

Your email address will not be published.