Avstriyada casusluqda ittiham olunan keçmiş kəşfiyyatçı həbs edilib

0 5

Avstriyanın Konstitusiyanın Mühafizəsi və Terrorçuluqla Mübarizə üzrə Federal İdarəsinin (BVT, hazırda fəaliyyətini dayandırıb) keçmiş əməkdaşı Egisto Otto Rusiya üçün casusluqda şübhəli bilinərək həbs edilib.

“Report” ORF telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğunun mətbuat katibi Nina Bussek məlumat verib.

Otto Vyana prokurorları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və Avstriyanın zərərinə gizli kəşfiyyat xidmətlərindən istifadə ittihamı ilə istintaq altındadır.

Telekanalın qeyd etdiyi kimi, ona qarşı istintaq uzun illərdir ki, davam edir: o, həmçinin BVT zabiti kimi məxfi məlumatları satmaq üçün vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.





Source link

Leave A Reply

Your email address will not be published.