Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır

0 8

Əməkdar artist Nahidə Orucova televiziya proqramlarından birində uzun illər üzünü görmədiyi qardaşı oğlundan  danışıb. 

Lent.az-ın xəbərinə görə, aktrisa 27 ildir qardaşı oğlunu axtarsa da, bunun heç bir nəticə vermədiyini söyləyib. 

“Anası onu bizdən ayırdı və görüşməyə imkan vermədi. Mən  onu son dəfə görəndə bir yaşı yox idi. Adı Malikdir. Anası bizdən və atasından uzaqlaşdırdı. Qardaşım oğlunu çox axtardım, tapa bilmədim. Çox yerlərə müraciət etdim. 

Dedilər ki, Azərbaycanda deyil, Rusiyada təhsil alır. 1997-ci il təvəllüdlüdür, 27 yaşı var. Çox istərdim tapım, qardaşımın yadigarıdır. Atam Malik adını, həm də soyadını daşıyır — Malik Orucov. 

Bu 27 il ərzində, fotosunu belə görmədik. Bəlkə ona kömək və arxa-dayaq lazımdır. Çox istərdim ki, ona dayaq və hansısa bir işində kömək olum” —  aktrisa bildirib.



Source link

Leave A Reply

Your email address will not be published.