Polşada hərbi təlimlər zamanı beş əsgər həlak olub

0 9

Polşada martın əvvəlindən başlayan hərbi təlimlər zamanı beş əsgər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin baş komandanı səlahiyyətlərini icra edən Marek Sokolovski bildirib.

Onun sözlərinə görə, 30 yaşlı əsgər Yüksək Tatrada təlim-məşq zamanı qar uçqunun altında qalıb. Xilasedicilərin köməyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bununla da, mart ayında hərbi təlimlər zamanı baş verən qəzalarda 5 polşalı əsgər həlak olub.

Artıq ölkədə partlayıcı maddələr və hərbi materialların tətbiqi ilə təlimlər dayandırılıb.





Source link

Leave A Reply

Your email address will not be published.