İsrail gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilib

0 9

İsrail 2025-ci ildə idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edə bilməyəcək.

“Report”un məlumatına görə, bu barədə Avropa Gimnastika İttifaqının rəsmi saytında məlumat verilib.

Avropa Gimnastika İcraiyyə Komitəsi İsraildəki mövcud vəziyyətlə əlaqədar yarışın başqa ölkəyə keçirilməsinə qərar verib. Turnirin Təl-Əvivdə keçirilməsi nəzərdə tutulurdu.

İttifaq yarışa ev sahibliyi etmək üçün ölkələrin müraciətlərinə yenidən baxacaq. Dövlətlər təklifini aprelin 23-dək təqdim edilə bilər.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə hücum etməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox İsrail vətəndaşının girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.

Leave A Reply

Your email address will not be published.