Avropa Komissiyası Qərbdə terror təhlükəsinin səviyyəsini qiymətləndirib

0 9

Fransa və Almaniyanın terror təhlükəsi səviyyəsini yüksəltmək qərarları artan riskləri əks etdirir.

“Report”un məlumatına görə, bunu “RBC”yə Avropa Komissiyası (AK) “Crocus City Hall”da baş vermiş terror aktından sonra Avropanın təhlükə səviyyəsini necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd olunub ki, geopolitik gərginliyin artması, Brüssel və Arrasdakı hücumlardan sonra təhlükəsizliyi yüksəltməyə ehtiyac yaranıb:

“Aİ-yə üzv dövlətlər müstəqil şəkildə terror təhlükəsinin səviyyəsini qiymətləndirirlər. Məsələn, Fransa və Almaniyada son qərarlar (terror təhlükəsinin səviyyəsinin artırılması — Qeyd) artan riskləri əks etdirir”.

Qurum qeyd edib ki, təşkilat Avropa İttifaqı Kəşfiyyat və Situasiya Mərkəzi və “Europol” tərəfindən təqdim edilən məlumatlara əsaslanaraq terror təhlükəsi ilə bağlı qiymətləndirməni daim tənzimləyir:

“Ümumiyyətlə, təhlükəsizlik və terrorla mübarizə məsələləri Aİ səviyyəsində, xüsusən də Avropa Şurasının müvafiq işçi qruplarında müntəzəm olaraq müzakirə olunur”.

Bundan əvvəl “The New York Times” ekspertlərə və Qərb kəşfiyyat xidmətlərinin nümayəndələrinə istinadən yazıb ki, “Crocus City Hall”da baş verən terror aktından sonra Avropada terror təhlükəsi riski artıb.





Source link

Leave A Reply

Your email address will not be published.