Arvadını öldürüb polisə getdi — Biləsuvarda QƏTL

0 9

Martın 26-da saat 15 radələrində Biləsuvar rayonu ərazisində 25 yaşlı Sevil Əlilinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 27 yaşlı Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Biləsuvarda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, hadisə bu gün saat 15:30-da Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

25 yaşlı Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 27 yaşlı Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb.

Araşdırılmalar aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.