ABŞ Çinin 7 vətəndaşını kibercinayətlərdə ittiham edir

0 7

ABŞ Çinin yeddi vətəndaşını kibercinayətkarlıqda ittiham edib, həmçinin bir hüquqi şəxsi də sanksiyalar siyahısına əlavə edib.

«Report»un xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, ABŞ sanksiya siyahısına APT31 haker qrupu ilə əlaqəsi olduğu iddia edilən elmi-texnoloji şirkət “Wuhan Xiaozhuizhi”, həmçinin Çin vətəndaşları Çjao Quansun və Ni Qaobini əlavə edib. Amerika tərəfinin iddiasına görə, sanksiyalar ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən “zərərli kiber fəaliyyətdə” iştiraka görə tətbiq olunub.

Amerika rəsmilərinin sözlərinə görə, APT31 “Çin hökuməti ilə əlaqəlidir” və onun fəaliyyətinin ABŞ rəsmilərinə, siyasətçilərinə, müdafiə və iqtisadi sənayedə fəaliyyət göstərən şirkətlərə, habelə xarici fəallara, elm adamlarına və siyasətçilərə qarşı yönəldiyi iddia edilir.

ABŞ rəsmiləri bu şəxsləri, eləcə də Çinin digər beş vətəndaşını kibercinayətlər törətməkdə sui-qəsddə ittiham edib. Bundan əlavə, Amerika səlahiyyətliləri APT31 və onunla əlaqəli olduğu iddia olunan şəxslər haqqında məlumat verənə 10 milyon dollar mükafat vəd ediblər. ABŞ-nin Maliyyə Nazirliyi qeyd edib ki, tədbirlər Böyük Britaniya hakimiyyəti ilə razılaşdırılaraq həyata keçirilib.





Source link

Leave A Reply

Your email address will not be published.